27 C
Baku
21 İyul 2025, 8:02
Baş xəbərSiyasət

Deputat ölkədə qayıdış gününün təsis edilməsini təklif etdi

Bildiyimiz kimi, 2016-cı il aprel döyüşləri nəticəsində ordumuz Lələ təpə yüksəlikərini işğaldan azad etdi. Bununla da, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin məskunlaşdırılması imkanı yarandı. 

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Elşad Mirbəşiroğlu deyib.

“2017-ci il iyun ayının 14-də ölkə Prezidenti tərəfindən bərpadan sonra kəndin açılışını edirb Bundan sonra kənddə soydaşlarımızın ilk qrupunun məskunlaşdırılmasına başlanılıb və qısa zamanda uğurla başa çatdırılıb. Bu, işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın başlanğıcı idi.  Bu baxımdan, hesab edirik ki, 14 iyun tarinin Azərbaycanda qayıdış günü kimi təsis edilməsi əhəmiyyətli olardı”.

“Bu əhəmiyyəti bir neçə məqam üzərindən əsaslandırmaq olar: birincisi, bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olardı. İkincisi, bildiyimiz kimi, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər birini məhz Böyük Qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir.  Bu mənada,  qayıdış gününün təsis edilməsi, sözügedən istiqamətdə işlərin həyata keçiliməsinin də ümumi ruhuna müsbət təsir göstərər. Üçüncüsü isə, ermənilərin işğalçılıq siyasəti haqqında da tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olarıq. Bu gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşüblər”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Gürcüstana ifadə verməyə çağırılan prezident Zurabişvilinin bəyanatı

Aynur Camal

Etika üzrə tanınmış təlimçi Günel İbrahim dövlət qulluqçularına təlim keçdi

Elnarə Dərziyeva

Köpəkbalıqlarının narkotik testi müsbət çıxdı!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu