9 C
Baku
14 Dekabr 2025, 0:03
DigərSosial

Deputat parlamentdən məmurlara çağırış etdi

“Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə: ərizəni yaz, səninlə işləyə bilməyəcəyik! Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur”.

Bugun.tv  xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Razi Nurullayev bildirib.

O, qeyd edib ki, hamıya oğru kimi baxırlar:

“Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başadüşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır.

Bu narahatlığımızı nəzərə alaraq həmin işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün parlament komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”.

Mənbə: Xalq.Online

Aynur Camal

Oxşar xəbərlər

Orucluğun 9-cu gününün vaxt və duaları

Kəmalə Sultan

Rusiya “casus cihazları”nın idxalı qaydalarını sərtləşdirdi

Bugün TV

“Alimlər ilk dəfə tək bir genin zehni xəstəliyə birbaşa səbəb olduğunu sübut etdi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu