Baş xəbər

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında Ramazan ayında ən çox verilən suallardan biri olan Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, İslam alimlərinin əksəriyyətinin fikrincə, Qədir gecəsi Ramazan ayının son 10 gününə təsadüf edir. O qeyd edib ki, bu gecənin fəziləti barədə Qurani-Kərimin “Qədr” surəsində ətraflı bəhs olunur və həmin gecənin Allah qatında min aydan daha xeyirli olduğu vurğulanır.

Vüqar Bayramov paylaşımında məşhur rəvayətə də istinad edib. Onun sözlərinə görə, İbn Abbasın (r.a) rəvayətinə əsasən, Peyğəmbər Məhəmməd peyğəmbər Qədir gecəsini Ramazanın son on gününün tək gecələrində – ayın bitməsinə doqquz, yeddi və ya beş gün qalmış gecələrdə axtarmağı tövsiyə edib.

Deputat qeyd edib ki, müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu gecə ibadət, dua və bağışlanma diləmək üçün xüsusi fürsət hesab olunur.

Aynur Camal

Oxşar xəbərlər

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Aynur Camal

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu