21 C
Baku
28 İyun 2025, 1:08
Baş xəbərSiyasət

Deputat quru sərhədlərinin bağlı qalmasından YAZDI

“Təəssüf ki, hazırda Yaxın Şərqdə, konkret olaraq İran və İsrail arasında davam edən gərginlik region üçün ciddi narahatlıq doğurur. Azərbaycanın da yerləşdiyi coğrafiyada hərbi münaqişələrin sarsıdıcı təsirlərini tarix boyu görmüşük. Elə bu baxımdan da bu gün ölkə rəhbərliyinin zamanında və uzaqgörən qərarlarının əhəmiyyətini bir daha dərk edirik.

Cənab Prezident İlham Əliyevin quru sərhədlərin bağlı qalması ilə bağlı qərarı bir daha sübut etdi ki, bu, təkcə pandemiya ilə bağlı müvəqqəti tədbir deyil, eyni zamanda milli təhlükəsizlik strategiyasının vacib elementidir. Bu gün həmin qərar ölkəmizin suverenliyini və daxili sabitliyini qorumağa xidmət edir.

Quru sərhədlərin bağlı olması bir çox baxımdan ölkəmizi mümkün təhdidlərdən sığortalayır:

Birincisi, regionda sabit olmayan vəziyyətin, qanunsuz keçidlərin, qeyri-qanuni silah və fikir axınının qarşısı alınır;

İkincisi, potensial təxribat və informasiya müharibəsi risklərinə qarşı qoruyucu sədd rolunu oynayır;

Üçüncüsü, bu addım Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin və sosial rifahının prioritet olduğunu göstərir. Bu fonda, Prezident İlham Əliyevin bir neçə il əvvəl dediyi “Biz hər hansı bir sərhədi tələsik açmaqla təhlükəyə yol aça bilmərik” fikri bir daha təsdiq olunur. Dövlətimizin mövqeyi aydındır: Azərbaycan dövlətçiliyi və xalqının təhlükəsizliyi hər şeydən öndə gəlir.

Biz daim sülhün tərəfdarıyıq, ancaq eyni zamanda müharibə riski daşıyan bölgələrdə baş verən hadisələrə qarşı ayıq-sayıq olmalı, milli təhlükəsizliyi təmin edən qərarları daim dəstəkləməliyik.

Bu baxımdan, quru sərhədlərin bağlı saxlanılması bir strateji ehtiyat tədbiri deyil, real təhlükələrin qarşısının alınması üçün tətbiq edilən dövlətçilik təcrübəsidir. Vətəndaşlarımız bunu başa düşür və anlayışla qarşılayır.

Fatma Yıldırım Milli Məclisin deputatı“.

Mənbə: modern.az

Aynur Camal

Oxşar xəbərlər

Tarixi yenidən yazacaq kəşf… Amerikalılar Çinlidir!

Aynur Camal

Türkiyə öz hava məkanını “Flyone Armenia” uçuşları üçün bağladı

Nigar Məmmədova

“Zəfər” Vinq Çun İdman Klubunun üzvü Nurcan Məlikzadə: “Ən böyük arzum gələcəkdə yarışlara qatılıb, Azərbaycanı təmsil etməkdir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu