13 C
Baku
18 Mart 2026, 18:09
Baş xəbər

Deputat Ramazanın son günləri ilə bağlı çağırış edib

Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Ramazan ayının son günləri ilə bağlı vətəndaşlara müraciət edib.

Deputat bildirib ki, artıq Ramazan ayının son günləri yaşanır və bu mübarək günlərdən maksimum faydalanmaq vacibdir. O, insanları bu müddəti dəyərləndirməyə, daha çox xeyirxah əməllər etməyə çağırıb.

Paylaşımda qeyd olunub ki, imkan daxilində ehtiyacı olan insanlara dəstək göstərmək, onları sevindirmək, həmçinin yaxınlara və qohumlara diqqət ayırmaq mühüm əhəmiyyət daşıyır. Deputat eyni zamanda insanlara bir-biri ilə halallaşmağı, dünyasını dəyişmiş doğmaların xatirəsini yad etməyi tövsiyə edib.

Ceyhun Məmmədov həmçinin bildirib ki, bu günlərdə edilən duaların xüsusi əhəmiyyəti var və hər kəsi ibadətə daha çox vaxt ayırmağa səsləyib.

Sonda deputat Allahdan edilən oruc və duaların qəbul olunmasını diləyərək, ölkəyə sülh, birlik və həmrəylik arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Koçaryanın namizədliyi Kremlin planıdır

Aynur Camal

Şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu – FOTOLAR

Aynur Camal

Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu