Siyasət

Deputat Razi Nurullayev “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinə münasibət bildirib

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə deputat Razi Nurullayevin “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi ilə bağlı fikirlərini öz sosial media hesabında paylaşıb.

“Nurullayev bildirib ki, bu gün plenar iclasda qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılsa da, o, sənədə əleyhinə səs verib və çıxış etmək imkanı olmadığından fikirlərini sosial mediada paylaşır.

Deputat çıxışında əsas problemi qanundakı qeyri-müəyyən anlayışlarda görür: “Qanun nə qədər yüksək məfhumlarla yazılsa da, icra mexanizmi və hüquqi dəqiqlik yoxdursa, ölkəyə risk gətirir. ‘Xalq’, ‘dövlət’, ‘ictimai maraq’, ‘milli mənafe’ kimi anlayışlar hüquqi mətn üçün təhlükəlidir. Əgər bu anlayışlar konkret meyarlarla izah olunmayıbsa, icraçı orqan subyektiv qərar verə bilər ki, bu da investorları qorxudur və bazarda qeyri-müəyyənlik yaradır”.

Razi Nurullayev vurğulayıb ki, investorların sabahın qaydasının bu gündən bilinməməsi, hüquqi qeyri-müəyyənlik və selektiv tətbiq riski kapitalın xaricə çıxmasına səbəb olur. Deputat qanunda hüquqi təriflərin, prosedurların və yazılı əsaslandırmaların olmasının vacib olduğunu, biznes və vətəndaşın şikayət mexanizminin sürətli və effektiv təşkil edilməsinin zəruri olduğunu bildirib”.

Siyasi ekspert Məhəmməd Əsədullazadə əlavə edib ki, Nurullayevin tövsiyəsi qanunun yalnız məqsədinə deyil, həm də nəticəsinə diqqət yetirərək hüquqi stabilliyi və investisiya mühitini qorumağa xidmət edir.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: Körfəz ölkələrinin iştirakı İranın cavab zərbələrini şərtləndirir

Aynur Camal

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Siyasi ekspert: İran-İsrail gərginliyi və SEPAH generallarının taleyi danışıqlara təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu