7 C
Baku
26 Dekabr 2025, 17:56
Baş xəbər

Deputat Vüqar Bayramov Prezident İlham Əliyevin ad günü münasibətilə paylaşım edib

Millət vəkili Vüqar Bayramov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ad günü münasibətilə öz sosial media hesabında paylaşım edib.

Paylaşımda deputat bildirib ki, Prezident İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan tarixi zəfər Ali Baş Komandanın möhkəm siyasi iradəsi və yüksək diplomatik bacarığının nəticəsidir.

Vüqar Bayramov qeyd edib ki, hazırda regionun güc mərkəzinə çevrilən Azərbaycan daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Qarabağda və Şərqi Zəngəzurda qısa müddətdə böyük quruculuq layihələri icra olunub.

Deputat vurğulayıb ki, artıq işğaldan azad edilmiş ərazilərdə 65 mindən çox vətəndaş məskunlaşıb, yaşayır və çalışır. Zəfərdən keçən 5 il ərzində bu ərazilərin bərpasına dövlət büdcəsindən 23 milyard manat vəsait ayrılıb ki, bu da Azərbaycanın iqtisadi və siyasi gücünün bariz nümunəsidir.

Paylaşımda qeyd olunub ki, yaşanılan zəfər və quruculuq dövrü Azərbaycan tarixinin ən şanlı və unudulmaz səhifələridir. Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən torpaqlara həyat və sevinc qayıdıb.

Sonda deputat Vüqar Bayramov cənab Prezident İlham Əliyevə ölkəmiz naminə gördüyü bütün işlərdə uğurlar arzulayıb, ona möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyib.

Aynur Camal

Oxşar xəbərlər

Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib

Aynur Camal

“Azərbaycan üzərindən Ermənistana yeni buğda tranziti”

Aynur Camal

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib.

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu