18 C
Baku
15 Oktyabr 2025, 11:46
Baş xəbərSiyasət

Deputat: “Yaz sessiyası ilə bağlı hesabatı sizlərə təqdim edirik”- FOTO

Bugun.tv-yə daxil olan məlumata əsasən, Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında öz seçiciləri ilə fəaliyyətinin hesabatını paylaşıb.

Millət vəkili qeyd edib ki, fəaliyyətimizlə bağlı bütün görülən işləri bir yerə toplayaraq, sizin qarşınızda açıq və şəffaf formada hesabat verməyi ilk gündən qarşımıza məqsəd qoymuşduq və bu artıq ənənə halını alıb.

Odur ki, ötən 6-cı çağirışda olduğu kimi, bu ənənəni pozmadan arxada qoyduğumuz 2025-cü ilin Yaz sessiyası ilə bağlı hesabatı sizlərə təqdim edirik.

Millət vəkili kimi fəaliyyətə başladığım ilk gündən etibarən, seçicilərimizin etimadını doğrultmağa çalışmışam. Bizə edilən bütün müraciətlərə operativ cavab vermək və həlli istiqamətində addımlar atmaq əsas hədəfimiz olub.

Problemlər və müraciətlər bizim tərəfimizdən qısa zamanda aidiyyatı qurumlara göndərilib. Bu məsələdə bir çox strukturlarla mütəmadi olaraq əməkdaşlıq etmişik. Biz fəaliyyətimizdə hər zaman şəffaflığı və obyektivliyi əsas tutaraq, bizə gələn bütün müraciətlərə həssas yanaşmağa çalışmışıq.

Bundan başqa ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirmək, şəhid ailələri və qazilərlə sıx əlaqədə olmaq, gənclərin marifləndirilməsi yolunda təşkil edilən tədbirlərdə iştirak fəaliyyətimizin ən vacib istiqamətlərindən olub.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycanla Özbəkistan arasında münasibətlər uğurla inkişaf edir”

Aynur Camal

Twitter bəzi məzmunları blokladı

Aynur Camal

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu