28 C
Baku
19 İyul 2025, 11:04
Baş xəbərMədəniyyət

Deputata “Teatrın dostu” mükafatı verildi

Bugun.tv-xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova öz sosial media hesabında Azərbaycan Dövlət Kukla Teatrının mövsümlə əlaqədar bağlanış mərasimi haqqında məlumat verib.

Deputat paylaşımında bildirib ki, “Azərbaycan Dövlət Kukla Teatrı”nın yaxşı bir ənənəsi var. Hər mövsümün sonu, bağlanış mərasimində həm görülən işlərlə bağlı hesabat verir, həm də il boyu onlarla əməkdaşlıq edən şəxsləri, ələlxüsus mətbuat nümayəndələrini mükafatlandırır. İyulun 13-də də teatr sevənlərini başına yığıb mövsümə uğurlu sonluq verdi. Bu il, milli mətbuatın yaradılmasının 150 illiyinə təsadüf etdiyindən, demək olar ki, ölkə həyatının əksər mədəniyyət yazarları diqqətdən yan keçmədi, hər biri “Teatrın dostu” mükafatı ilə dəyərləndirildi. Bu arada deyim ki, mükafat alanlar sırasında biz üç nəfər millət vəkili də vardı: mən və həmkarlarım Jalə Əliyeva, Günay Əfəndiyeva. Kukla teatrı ilə ədəbi-mədəni əlaqələrimizə görə verildi bu mükafat. Mən millət vəkilliyi ilə yanaşı Akademiyada uşaq ədəbiyyatı şöbəsinin müdiri olduğumdan Kukla teatrı ilə demək olar ki, eyni məfkurəni, eyni amalı bölüşürük. Sabahlı bir nəsil formalaşdırmaq, gələcəyə doğru tərbiyənləndirilmiş bir nəsil ərməğan etmək! Azərbaycan Dövlət Kukla teatrını bu yöndə daim dinamik, çalışqan və yaradıcı ampuluada görmüşəm. Bu mədəniyyət və mənəviyyat ocağının əməyə olan diqqət və həssaslığı da əslində, elə bu amildən qaynaqlanır. İş olan yerdə başqasının işinə hörmət və ehtiram aparıcı xəttə çevrilir. 93-cü mövsümünü başa vuran teatrın kollektivini təbrik edir, dəyərli Rəşad Əhmədzadə başda olmaqla hər birinə sonrakı fəaliyyətlərində uğur və yüksəlişlər diləyirəm!”.

Milli Məclisin deputatı Elnarə Akimova 

Aynur Camal

Oxşar xəbərlər

Dənizdə 3 dəqiqə ara ilə 2 zəlzələ

İntizar Əmirova

“Milli Məclisdə səsiniz olmaq üçün namizədəm” – Teymur Əzizov

Bugün TV

İstintaq davam edir: “Aclıq kultun”da cəsədlərin sayı 145-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu