10 C
Baku
22 Dekabr 2024, 23:36
Baş xəbər

DİM: Bugünkü imtahanlarda ən yaşlı abituriyent 1965-ci, ən gənc isə 2009-cu ildəndir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd), eyni zamanda, I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilir. İmtahanda 47520 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 42888 nəfər Azərbaycan, 4632 nəfər isə rus bölməsinin məzunudur.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, imtahan verənlərin 21494 nəfəri oğlan, 26026 nəfəri isə qızdır. 41307 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6213 nəfər əvvəlki illərin məzunudur. 88 nəfər ali təhsil müəssisələrinin, 1017 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 168 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2009-cu ildəndir.

Mənbə: Dövlət İmtahan Mərkəzi

Bugün TV

Oxşar xəbərlər

Laçından çıxan ermənilərə “mənəvi təzminat” olaraq evləri yandırmağa icazə verildi…

Aynur Camal

Kosmik gəmidəki cihazlar işə düşüb

Bugün TV

Müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu