19 C
Baku
8 Sentyabr 2024, 3:25
Dünya

Dimdikli balina sahilə çıxdı

Yeni Zelandiyada yalnız 6 nümunəsi tapılan nadir dimdikli balina sahilə çıxıb.

  Mütəxəssislər bunun çox əhəmiyyətli elmi məlumat olacağını ifadə ediblər.

Dünyada nadir rast gəlinən “kürək dişli dimdikli balina” Yeni Zelandiyada görüntülənib. Təbii Sərvətlərin Mühafizəsi Departamenti (DOC) 5 metr uzunluğundakı balinanın iyulun 4-də Otaqo bölgəsində sahilə çıxdığını açıqlayıb.

Mütəxəssislər tərəfindən avar dişli balina olduğu təxmin edilən dəniz canlısının növünün təsdiqlənəcəyi təqdirdə çox mühüm elmi məlumat kimi qeydə alınacağı bildirilib.

Balina növləri haqqında çox az şey məlumdur, çünki nümunələr çox azdır və bu günə qədər canlı müşahidə edilməmişdir. DOC Sahil Otaqo Əməliyyatlar Meneceri Gabe Davies verdiyi açıqlamada, “Kürək dişli balinalar müasir dövrün ən az tanınan böyük məməli növlərindən biridir” deyib.

1800-cü illərdən bəri dünyada yalnız 6 nümunə sənədləşdirilmişdir. Bunlardan biri istisna olmaqla, hamısı Yeni Zelandiyada görüldü. “Elmi nöqteyi-nəzərdən bu, çox vacibdir” dedi.

Balinanın nadir olması ilə beynəlxalq əhəmiyyət kəsb etdiyini bildirən Qabe, nümunələr üzərində iş planının hazırlanmasının zaman alacağını bildirib.

 İLK 1874-cü ildə kəşf edilmişdir

Sahilə salınan balina mütəxəssislərin müşayiəti ilə iş maşını ilə çimərlikdən götürülüb və növbəti addımlara qərar verilənə qədər saxlanılması üçün soyuducu anbara aparılıb. DOC-un verdiyi açıqlamaya görə, balinadan götürülən nümunələr Oklend Universitetinə göndərilib. Qeyd olunub ki, balinanın növünü təsdiqləmək üçün DNT analizi bir neçə həftə və ya aylar çəkə bilər.

Avar dişli balina növü ilk dəfə 1874-cü ildə, balinalara aid bir alt çənə və iki dişli isə Yeni Zelandiyanın Çatham adalarında tapılıb.

Mənbə: TGRT

Teymur Əziz

Oxşar xəbərlər

“İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyə ilə danışıqlar aparırıq”

Aynur Camal

Netanyahu plan təqdim etdi

Könül Kərimova

Ukraynanın Dnepropetrovsk vilayətində partlayış nəticəsində elektrik xətləri zədələndi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu