10 C
Baku
13 Aprel 2026, 0:00
Baş xəbərSosial

DİN videomüşahidə kameraları ilə bağlı məlumat yaydı

Bugun.tv xəbər verir ki, polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına Daxili İşlər Nazirliyi cavab yayıb.

Bildirilib ki, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb.

Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.

Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.

Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.

Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu