4 C
Baku
23 Dekabr 2025, 4:33
Sosial

DİN əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.

“Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür”, – E.Hacıyev qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Əməkhaqqı ödənişi gecikdirilərsə, işçi hara müraciət etməlidir? 

Bugün TV

“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib

Aynur Camal

DİM imtahan nəticələrini açıqladı

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu