19 C
Baku
8 İyun 2025, 23:10
Baş xəbərKriminal

DİN: “Axtarışda olan 88 şəxs saxlanıldı”

Daxili İşlər Nazirliyi məlumat yaydı

DİN-nin mətbuat xidmətindən Bugun.tv-yə verilən məlumata görə, dünən ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli isə 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da evin damına düşən cismlə bağlı NASA-dan açıqlama

Teymur Əziz

“El Mocho” ləqəbli narkotik alverçisi Kolumbiyada tutuldu

Bugün TV

Silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu