27 C
Baku
26 İyul 2025, 0:26
Baş xəbərSosial

DİN BDYPİ-i “Siqnal” ili layihələrin icrasını mərhələli şəkildə davam etdirir

Bugun.tv xəbər verir ki, DİN BDYPİ-nin “Siqnal” İLİ respublikanın şəhər və rayonlarında layihələrin icrasını mərhələli şəkildə davam etdirir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.

Baş DYP İdarəsinə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Şirvan, Qax, Zaqatala, Tovuz, Masallı, Bərdə, Ağdam, Gəncə, Samux, Kürdəmir, Cəlilabad, Göyçay və Qəbələdə istismar müddəti keçmiş yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də svetofor obyektlərinə texniki qulluq həyata keçirilir.

Aynur Camal

Oxşar xəbərlər

Aİ məlumat agentliyi TikTok-u 530 milyon avro cərimələyib

Aynur Camal

Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq – FOTOLAR

Aynur Camal

Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda fəaliyyəti davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu