7 C
Baku
22 Dekabr 2025, 13:23
Baş xəbərDigər

DİN BDYPİ-nin “Siqnal” İLİİ respublikanın şəhər və rayonlarında layihələrin icrasını davam etdirir

Bugun.tv xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.

Baş DYP İdarəsinə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Lənkəran, Lerik, Göyçay, Kürdəmir, Qazax və Biləsuvarda istismar müddəti keçmiş yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də svetofor obyektlərinə texniki qulluq həyata keçirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

TikTok-un taleyi Amerikada “həll edilir”

Aynur Camal

Oğuzda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Aynur Camal

Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu