22 C
Baku
21 Sentyabr 2024, 9:50
Baş xəbər

DİN-də püşkatama yolu ilə təyinat keçirildi

Bugün.tv xəbər verir ki, Daxili İşlər Nazirliyində Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib. O, gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib. Həmçin təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.

Püşkatma yolu keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin ərazi polis orqanlarına, Akademiyanı fərqlənmə diplomu ilə bitirən 4 məzun isə Nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib.

Daxili işlər naziri V.Eyvazov gənc zabitlərə xidməti intizam qaydalarına mütləq qaydada riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyətli və təmkinli olmalarını tövsiyə

edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

40 miqrant xilas edildi

Aynur Camal

Soyğunçuluq törədən şəxslər saxlanıldı

Aynur Camal

İranlı qadın 30 milyonluq brilyantı sərhəddən geçirmək istərkən tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu