32 C
Baku
19 İyul 2025, 16:17
Baş xəbər

DİN-də AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib

Bugun.tv xəbər verir ki, Respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb.

​Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir V.Eyvazov qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

​Bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir.

​Polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin  müvəqqəti saxlama yerlərində sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

İsrail Qəzzada bir evi hədəfə alıb: Ölən və yaralananlar var

Bugün TV

Qüdsdəki etirazlarda 80 mindən çox insan iştirak edir — TV

Aynur Camal

Mübarək Ramazan ayının başladığı gün məlum olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu