Bugun.tv xəbər verir ki, son iki gün ərzində ölkə ərazisində qeydə alınan 104, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin üstü açılıb. Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alib.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.