Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə “Feto” ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb. İş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.
Hazırda tədbirlər davam etdirilir.
