Baş xəbər

DİN məlumat yaydı

Bugun.tv xəbər verir ki, aprelin 28-30 tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir.

Bu gün Daxili İşlər Nazirliyi tərəfindən ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu