18 C
Baku
8 Sentyabr 2024, 5:21
Baş xəbərSosial

DİN vakansiya elan edir

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyi “ASAN xidmət” mərkəzlərində vakant kiçik rəis heyəti vəzifələrinə qəbul keçirir.

Müsabiqədə ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin şərtlərinə cavab verən, Salyan, Masallı, Quba, İmişli, Kürdəmir, Şamaxı, Tovuz və Ağcabədi rayonlarında qeydiyyatda olan və yaşayan qadınlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.

Qaliblərə DİN-nin xüsusi rütbəsi veriləcək və onların qanunvericililiyə, əsasən imtiyazlardan istifadə hüququ olacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2023-cü ilin may ayının 1-dən 31-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.

Müraciət etmiş şəxslər müsabiqədə iştirak etmək üçün dəvət edilərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

–    Şəxsiyyət vəsiqəsi;

–    Ali təhsil haqqında diplom;

–   Əmək kitabçası (olanlar üçün);

 

 

Teymur Əziz

Oxşar xəbərlər

Qalatasaray liqanın bitməsinə 2 həftə qalmış çempionluğunu elan etdi

Aynur Camal

2 mikroavtobus toqquşdu: 8 yaralı var

Bugün TV

Baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu