30 C
Baku
28 İyun 2025, 15:16
Baş xəbərDünya

Dini ayin fəlakətlə başa çatdı: Onlarla insan çayda boğuldu

Hindistanın Bihar əyalətində yüzlərlə insan dini ayinlər üçün çaya girib. “Jivitputrika Festivalı” zamanı 37-si uşaq olmaqla 46 nəfər boğularaq ölüb.

Qadınlar övladlarının xatirinə oruc tutarkən çaya girməsi mərasimində çoxlu insan boğularaq ölüb.

15 müxtəlif bölgədə keçirilən dini ayin zamanı 37-si uşaq olmaqla, ümumilikdə 46 nəfər həyatını itirib. Dövlət rəsmiləri də itkin düşənlər barədə məlumat veriblər. Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyadan dünyaya yayılan “Marimo” çılğınlığı! Sakit və əziyyətsiz “otaq yoldaşı”

Aynur Camal

Ukraynanın azadlığı uğrunda savaşan daha bir həmyerlimiz təltif olundu-FOTOLAR

Nigar Məmmədova

Qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu