14 C
Baku
22 Noyabr 2024, 9:43
Baş xəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2023-cü il üçün imzalanan birgə tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində komitənin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər hərbi kollektivdə düzgün qarşılıqlı münasibətlərin formalaşmasından, sağlam əhval-ruhiyyənin yaradılmasından söz açıblar. Dini radikalizm və ekstremizm təhlükəsizliyinin müdafiəsinin vacibliyini vurğulayaraq, ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsinin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Daha sonra müxtəlif mövzulara dair şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Şotlandiyada Fələstin tərəfdarlarının etirazı

Aynur Camal

Qəbir daşları sındırıldı – VİDEO

Aynur Camal

“Formula 1”: Sinqapur Qran Prisinin qalibi bəlli olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu