30 C
Baku
28 İyun 2025, 16:02
Siyasət

Diplomat: “Biz  Rusiya ilə əməkdaşlığın inkişafı üçün yeni üfüqlər açacağıq”

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru, ÇKP Siyasi Bürosunun üzvü Vanq Yi rusiyalı həmkarı Sergey Lavrova “yeni razılaşmalar əldə edəcəyinə” ümid etdiyini bildirib.

“Əziz dostum, mən sizinlə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmağa hazıram və yeni razılaşmaların əldə olunmasını gözləyirəm”

Bugun.tv TASS -a istinadən xəbər verir ki, bu sözləri Vanq Yi deyib.

O, vurğulayıb ki, bu il Çin Kommunist Partiyasının 20-ci Qurultayının  hərtərəfli həyata keçirilməsinin birinci ilidir.

“Biz qətiyyətlə müstəqil və muxtar xarici siyasət yürüdəcəyik. Qarşılıqlı fayda  qazanan açıq strategiyalar həyata keçirəcəyik. Rusiya ilə əməkdaşlığın inkişafı üçün yeni üfüqlər açacağıq. Dünya ölkələri Çinin modernləşdirilməsi vasitəsilə bütün tərəfdaşlarla qarşılıqlı əlaqənin mahiyyətini zənginləşdirir”,- diplomat qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

Kəmalə Sultan

Azərbaycan Fransa şirkətlərinin ölkədən çıxarılmasını tələb etdi

Bugün TV

London: “Biz həmişə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu