24 C
Baku
20 İyul 2025, 3:38
Baş xəbər

Diplomatik korpus üzvlərinin və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.

Bugun.tv xəbər verir ki, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçiləri daxildir.

Ağdama səfər təşkil olunub
Ağdam şəhərinə səfər

Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.

Ağdama səfər
Ağdam şəhəri

Qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.

Mənbə: AzərTac

 

Bugün TV

Oxşar xəbərlər

Baş verən yanğında 7 bungalov yararsız hala düşdü

Bugün TV

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 2 fələstinlini öldürdü

Bugün TV

Azərbaycan incəsənətinə ağır itki üz verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu