10 C
Baku
21 Dekabr 2024, 17:22
Baş xəbər

Diqqət! Diqqət! Vətəndaşların nəzərinə: aldadıla bilərsiniz!

Bugün.tv Space tv-nin aparıcısı Amil Xəlilin Facebook Statusundan paylaşdığı məsələyə istinadən bildirir ki, “son günlərdə bir “şirkət” çıxıb ortaya və insanları sürətlə aldatmağa başlayıb. Adları “Ləziz Dad Broyler” MMC gedir… Deməli bunlar guya yeni şirkətdir və qeydiyyatdan keçmək üçün insanlardan sənədləri tələb edir. Ardından isə “təcili” sağlamlıq haqqında arayış istəyirlər. Vətəndaşlar da qalır çaş-baş ki, bu dəqiqə arayışı haradan alsınlar… Daha sonra onlara mesaj göndərilir:

“Arif müəllimin göstərişi əsasında və Sizə kömək məqsədilə, sağlamlıq haqqında elektron arayışı asanlıqla əldə etməniz üçün Sizə rəsmi səhfə göndərilir. (elektron-arayis.online) bu səhifədən asanlıqla əldə edə biləsiniz. Səhiyyə nazirliyinin tabeliyində olan xidmətdir”.

Sayta daxil olanda isə normal dizayn edilmiş bir bölmə çıxır Sizin qarşınıza. (Saytın görüntüsünü şərh bölməsində paylaşdım)”.

 

“10 manat ödənildikdən sonra həmin şəxslərə mesaj göndərilir ki, “Bəs 50 manat da ödəməlisiniz.

Qeyd edim ki, saytın Səhiyyə Nazirliyi ilə bağlılığı qəti yoxdur. Xaricdən idarə olunur. Hətta 50 manatı ödəyənlərdə olub. Bu adamlar başqa-başqa adlarla insanları aldatmaqa davam edir. Vətəndaşların arasında sağlamlıq haqqında arayışın heç vaxt onlayın verilməsinin mümkün olmamasını bilməyənlərdə çoxluq təşkil edir. Yüzlərlə insan bir gündə aldanıb… Hətta aldanmaqa davam edən insanlarda var. Həmin dələduzların nömrələri məndə var. İnanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu adamlarla bağlı tədbirlər görəcəklər”.

 

 

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib  

Elnarə Dərziyeva

“Konstitusiya” Araşdırmalar Fondunun bəyanatı

Bugün TV

30 Avqust Qələbənin 102-ci ildönümü qeyd olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu