24 C
Baku
10 Sentyabr 2025, 4:01
Baş xəbərMaraqlı faktlar

Diqqət! Bu dənizdə zəhərli meduzalar var! – ARAŞDIRMA – FOTO

Bugun.tv xəbər verir ki, Mərmərə dənizində, Çanaqqala boğazında zəhərli növ kimi tanınan kompas meduzanın sayında artım aşkarlanıb. Ətyeyən olan bu növün balıq populyasiyasına mənfi təsir etdiyi bildirilir.

Təbii yaşayış yerləri Aralıq dənizi və Egeydə olan bu meduza son 1 ildə daha çox görülməyə başlayıb. ÇOMÜ Dəniz Elmləri və Texnologiyaları fakültəsinin professoru Muhammet Türkoğlu ictimaiyyəti qırmızı, qəhvəyi və sarı rəngli, 1,5 metrə qədər uzanan meduzalara qarşı diqqətli olmağa çağırıb. “Kompas meduzalarının 4 çətiri var. Məhz bu hissədə nematosit hüceyrələri yerləşir. Zəhərli maddələr də məhz burada olur. Təmas zamanı dəriyə yapışır. Buna görə də qəti şəkildə toxunulmaması lazım olan bir növdür”.

Təmasda olduqda, sürtüldükdə partlayır və bədəndə qızartı, səpgi, ekzema, yanma kimi əlamətlər yaranır. Həddindən artıq reaksiya verən insanlarda daha böyük problem yarada bilər.

Mənbə: TRT Haber

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Minik avtomobili ilə yüngül ticari avtomobil toqquşdu: 3 nəfər öldü

Bugün TV

Narkoşəbəkənin üzvləri aşkarlandı

Kəmalə Sultan

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu