11 C
Baku
23 Dekabr 2024, 16:35
Baş xəbər

DİQQƏT: Bu qaydalara riayət etsəniz pulunuz kartınızda qalacaq

Bugun.tv xəbər verir ki, Kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq.

– Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;

– Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

– İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;

– “Yüksək gəlirli onlayn iş imkanı” kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın. Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin;

– Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;

– Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;

– Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;

– “Haker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;

– Saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun;

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ukrayna ərazisinə kamikadze dronları ilə hücum edib, ölənlər var

Aynur Camal

Zəlzələ baş verdi

Bugün TV

12 reys ləğv edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu