Texnologiya

Diqqət! TikTokdan xəbər var…

TikTok

Dünyanın ən gəlirli sosial platforması bəlli oldu.

TikTok tətbiqdaxili alışlarla gündəlik 2.5 milyon gəlir əldə edərək dünyanın ən çox qazanan sosial proqramı oldu.

Qısa video paylaşma platforması olan TikTok son illərdə böyük populyarlıq qazanaraq dünyanın ən çox gəlir əldə edən proqramına çevrildi. Gəlir artımı TikToku-u digər sosial platformalar ilə daha güclü rəqabət etməyə sövq etdi.

Oktyabr ayının 31-də toplanan məlumata görə 2022-ci ilin sentyabrında TikTok iPad istisna olmaqla, bütün dünyada AndroidiPhone cihazlarında tətbiqdaxili alışlar və abunələr (reklamlar istisna olmaqla) vasitəsilə gündəlik 2,5 milyon dollar qazanıb. Bu isə təxminən 1 saat üçün 104.000 dollarlıq gəlir deməkdir. Ümumilikdə keçən ay ərzində TikTok sosial proqramı 75,8 milyon dollar məcmu gəlir əldə edib.

Qeyd edək ki, TikTok sosial media platforması Google Play Store üzərindən 35.14 milyon qazanc ilə Tinder tanışlıq proqramından sonra ikinci yerdə qərar tutub. Tinder tanışlıq proqramı isə 37.58 milyon dollar ilə Google Play Store-də birincidir. Apple App Store-də isə TikTolun gəliri 40.66 milyon dollar ilə Coin Master oyun proqramından sonra ikinci yerdədir, Coin Master oyunu isə 47.96 milyon dollar ilə birinci yerdə dayanıb.

TikTok Populyarlığı necə qazandı?

TikTok proqramında videoları cəld çəkmək, onları qısa bir zamanda redaktə etmək imkanları istifadəçilər arasında rəqabətin yaranmasına səbəb oldu. Bununla müxtəlif şirkətlər, agentliklər öz reklamlarını daha çox istifadəçi olan platformada yerləşdirməyi qərar verdilər. Bunadan əlavə olaraq TikTok sosial media platformasında oyunlar, istifadəçilərin bir-birlərinə göndərdikləri hədiyyələr TikTok üçün əsl pul yağışına çevrildi.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Aynur Camal

NASA’nın Webb teleskopu kainatda nadir exoplanet kəşf edib — limon formasında və qeyri‑adi atmosferli planet

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu