Dırnaqların rəngi və toxumasındakı dəyişikliklər bəzən orqanizmdə gizli gedən sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.
Bugun.tv Böyük Britaniyanın “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tibb üzrə mütəxəssis Miriam Mikickinin sözlərinə görə, davamlı rəng və forma dəyişikliklərinin qida çatışmazlığı, qan dövranı pozğunluğu və ya xroniki xəstəliklər barədə xəbərdarlıq siqnalı olması mümkündür.
Solğun və ya ağ görünən dırnaqlar anemiyaya, qaraciyər xəstəliyinə, dəmir və ürək çatışmazlığına işarə edə bilər. Bu vəziyyət yorğunluq, başgicəllənmə və nəfəs darlığı ilə müşayiət edilərsə, həkim müayinəsi tövsiyə olunur.
Mənbə: AZƏRTAC
