ABŞ-da tədqiqatçılar müəyyən ediblər ki, duş başlıqlarının və diş fırçalarının səthində “biofilm” adlanan mikroorqanizmlərdə aşkar edilən virusların tərkibində bakteriyalara hücum edərək onları məhv edən və antibiotiklərə qarşı müqavimət problemini həll etmək üçün istifadə edilən bakteriofaqlar var. Şimal-Qərb Universitetinin tədqiqatçıları biofilmləri, səthlərdə tapıla bilən müxtəlif növ bakteriyalardan ibarət “yapışqan” kimi mikroorqanizmləri tədqiq ediblər.
Tədqiqatçılar 34 diş fırçası və 92 duş başlığının səthindəki biofilmlər üzərində apardıqları araşdırma nəticəsində bu səthlərdə 614 fərqli virus aşkar edərək, hər bir nümunədə “unikal mikrob çoxluqları” ehtiva etdiyi üçün bu rəqəmin daha çox ola biləcəyini ifadə ediblər.
Tədqiqatçılar duş başlıqları və diş fırçaları üzərində isti, nəmli mühitlərdə böyüyən mikrobların olduğuna və evdə çox müxtəlif virusların tapıla biləcəyinə diqqət çəkiblər.
Tədqiqatçılar bu virusların qrip və ya soyuqdəymə kimi bir xəstəliyə səbəb olmaqdansa, “bakterisid” olaraq bilinən bakteriofaqlar olduğunu vurğulayaraq, antibiotik müqavimət problemini həll etmək üçün bakteriofaqlardan istifadə edildiyini ifadə ediblər.
Tədqiqatçılar diş fırçalarının və duş başlıqlarının səthindəki mikrobların müxtəlifliyinə görə hər bir bakteriyaya yoluxan “onlarla, yüzlərlə, hətta minlərlə” virus ola biləcəyinə diqqət çəkiblər.
Tədqiqatın müəlliflərindən biri olan Erica Hartmann mikrobların hər yerdə olduğunu ifadə edərək, “Əvvəlcə ikrah hissi ilə reaksiya verə bilsək də, onların yaxşı işlər gördüyünü və böyük potensial təqdim etdiyini bilə-bilə, mikrob dünyasına maraqla yanaşmaq vacibdir”.
Araşdırmanın nəticələri “Frontiers in Microbiomes” jurnalında dərc olunub.
Mənbə: TrtHaber