Dünya

Dişləri ən çox ləkələyən içki hansıdır?

Diş həkimi Madison qırmızı şərabın dişləri qəhvədən daha çox ləkələdiyini aşkar edib. Amerikalı diş həkimi Mayls Madison təcrübə apararaq dörd məşhur içkidən hansının – Coca-Cola, qırmızı şərab, qəhvə və ya çayın dişləri daha çox ləkələdiyini müəyyən edib. Daily Mail xəbər verir ki, o, özü üçün belə gözlənilməz nəticəni sosial şəbəkələrdə paylaşıb. Təcrübə üçün həkim dörd çəkilmiş dişi 10 gün ərzində müxtəlif içkilərə yerləşdirib və nəticədə bütün bu müddət ərzində qırmızı şərabda olan dişin ən çox ləkələndiyini müəyyən edib. “Qırmızı şərab bütün dişi, o cümlədən mina və kökü bənövşəyi rəngə boyadı” deyə diş həkimi bildirib.

Eyni zamanda, Medisonun fikrincə, Coca-Cola dişi nəinki qaraltdı, hətta onu korroziyaya uğratdı. Həkim buna səbəb kimi qazlı içkinin tərkibindəki turşu göstərib. Öz növbəsində, qəhvədə saxlanılan diş sarımtıl, kökü isə zəngin qəhvəyi rəngə çevrildi. Çay dişdə bunlara nosbətən ən az ləkə qoyub.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“İEÖ-lərin iqlim böhranı ilə mübarizə üçün maliyyəyə ehtiyacı var”

Aynur Camal

İsrail Livanda əsasən xristianların yaşadığı kəndi vurdu: 18 nəfər ölüb

Aynur Camal

Sağlam qidalanma və idman: uzunömürlülüyün təminatı nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu