7 C
Baku
29 Yanvar 2026, 15:34
Digər

Diyetoloq: Qışda çay yox, məhz ilıq su içmək daha faydalıdır

Rusiyalı dietoloq Lyudmila Denisenko qış mövsümündə ən vacib içkinin ilıq, otaq temperaturunda su olduğunu bildirib. Onun sözlərinə görə, su həm immuniteti dəstəkləyir, həm də bədənin susuzlaşmasının qarşısını alır. Mütəxəssis kp.ru–ya açıqlamasında qeyd edib ki, bir çox içkilər — xüsusilə çay, bitki çayları və qəhvə — sidikqovucu təsirə malikdir və orqanizmdən suyun daha çox xaric olmasına səbəb olur. Bu isə su balansının pozulmasına gətirib çıxara bilər.

Denisenko bildirib ki, uzun müddət su çatışmazlığı hiss edən insanda zamanla susuzluq hissi də zəifləyir, nəticədə xroniki susuzlaşma baş verir. Bu vəziyyət soyuqdəymə riskini artırır, həmçinin böyrəklərdə və oynaqlarda problemlərə yol aça bilər. Həkim qışda su içmə vərdişinin tədricən formalaşmalı olduğunu vurğulayıb: hər saat bir neçə qurtum, səhərlər və yeməkdən əvvəl isə yarım stəkan su içmək tövsiyə olunur. Xüsusilə gəzintidən və ya fiziki aktivlikdən öncə su içməyi unutmamaq vacibdir.

Mənbə:

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu