Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi istiqamətində Qarabağ Universiteti ilə də fəal əməkdaşlıq məsələləri müzakirə edilib.
Agentliyin göndərişi əsasında 50 nəfər şəxs Qarabağ Universitetində mövcud olan vakansiyalar üzrə işlə təmin edilib. Onlardan bir hissəsi işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.
Görüşdə bölgədə icra olunan aktiv məşğulluq proqramları haqqında məlumat verilib, aktiv məşğulluq proqramlarının icrasında Agentliklə Universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.
Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi