Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukrayna ilə bağlı “Twitter”dəki paylaşımının nümayişi Almaniya və Polşada bloklanıb.
Bugun.tv xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu paylaşım Almaniyada və Polşada yerli qanunlara əsasən qadağan edilib”, – Twitter mesajında deyilir.
Qeyd edək ki, İlon Mask daha əvvəl Medvedevin Ukraynanın heç kimə lazım olmadığını izah etdiyi paylaşımı silməkdən imtina etmişdi.