18 C
Baku
23 Oktyabr 2025, 18:50
Baş xəbərDünya

Dmitri Peskov: “Biz müharibə aparmırıq”

Bugun.tv xəbər verir ki, Peskov Rusiyanın Ukraynadakı ləng hərəkətlərini izah edib. Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat (SVO) keçirən Rusiya şəhərləri və insan həyatını xilas etməyə çalışır.

“SVO ilə müharibə arasındakı fərqi var. Əlbəttə, Ukrayna və Rusiyanın hərbi potensialını müqayisə etmək çox çətindir. Siz isə deyirsiniz ki, ruslar niyə bu qədər ləng davranırlar? Çünki ruslar müharibə aparmır”, – Kremlin sözçüsü müsahibəsində bildirib.

“Biz müharibədə deyilik. Müharibə aparmaq tamam başqa məsələdir, bu, infrastrukturun tamamilə məhv edilməsidir, bu, şəhərlərin tamamilə dağıdılmasıdır”, – Peskov izah edib. “Biz bunu etmirik. Biz infrastrukturu xilas etməyə çalışırıq və insan həyatını xilas etməyə çalışırıq”.

Həmçinin o qeyd edib ki, Qərbdə yaxşı silahlar var, pis silahlar var, elə silahlar var ki, əslində o şəraitdə Ukraynada yararsızdır. Onun sözlərinə görə, Qərbin də çox nəhəng silahı var, yüksək texnologiyalı silahı var. Buna görə də, əlbəttə ki, biz xüsusi hərbi əməliyyatların (SVO) gedişində bütün bunları öyrənirik.

Mənbə : mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edildi

Bugün TV

ABŞ-da 911 qalmaqalı! Sistem çökdü, milyonlarla insan təsirləndi

İntizar Əmirova

ОТЗЫВ НА КНИГУ ЭЛЬ БАКУВИ (ЭЛЬДАР ГУСЕЙНОВ) «СУВЕНИР»

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu