DünyaSiyasət

Dmitri Peskovun oğlu “Vaqner”in tərkibində döyüşdüyünü açıqladı

Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.

Bugun.tv xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda” qəzetinə danışıb.

“Bu mənim borcum idi. Dostlarım və başqaları ora gedəndə mən evdə rahat otura bilməzdim”, – Nikolay Peskov qeyd edib.

Vaqnerə qoşulmağın öz qərarı olduğunu və proses barədə atasının ona kömək etdiyini bildirib.

O, Ukraynada hansı adla çağırıldığını açıqlamayıb. Gələcəkdə bu addan istifadə edə biləcəyini deyib.

Rusiyanın itkiləri artdıqdan sonra həbsxanalardan minlərlə məhkum “Vaqner”in tərkibinə daxil olub.

Qeyd edək ki, “Vaqner” Rusiyada “özəl hərbi şirkət” kimi təsvir edilir. Həmçinin, Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu