DünyaHadisə

Dneprdə raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb. Onların arasında uşaqlar da var.

Bugun.tv xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

Onun sözlərinə görə, indiyədək 73 nəfərin yaralandığı məlumdur. Onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiyadadır, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.

Xilasetmə işləri davam edir. Dağıntılar altında daha 40 nəfərin qaldığı ehtimal olunur.

Bugün TV

Oxşar xəbərlər

Quterreş: Yaxın Şərqdə müharibə nəzarətdən çıxıb

Aynur Camal

İran: ABŞ-a məxsus F-18 döyüş təyyarəsi vuruldu

Aynur Camal

İran ABŞ-ın müharibəni dayandırmaq planını rədd edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu