Amerikanın molekulyar biologu James D. Watson, 1953-cü ildə DNS-nin “ikiqat spiral” formasını kəşf etməklə tanınıb və 1962-ci ildə Nobel mükafatı alıb. Onun elmi kəşfi genetik texnologiyanın, genom xəritələşdirilməsinin və forensik elm sahələrinin inkişafına mühüm təkan verib.
Lakin onun karyerası boyunca səslənən tənqidlər – xüsusilə irqçilik və qadınlarla bağlı ifadələri onun mirasını mürəkkəb etmişdir.
Mənbə: ApNews.Com
