34 C
Baku
27 İyul 2025, 13:33
Sosial

Doğuş zamanı ölüm halları artıb

  Övlad sahibi olmaq hər bir qadının arzusudur. Lakin ana olmağa hazırlaşan qadınların bir çoxu öncədən müayinədən keçməyi vacib hesab etmirlər. Belə olduqda yarana biləcək problemləri öyrənmək mümkün olmur. Elə bu səbəbdən də son illərdə doğuş zamanı ana ölümünün artdığı müşahidə edilir.

 Bugun.tv statistikaya, əsasən xəbər verir ki, bu hal daha çox regionlarda qeydə alınır. Səbəb isə mütəxəssis çatışmazlığı, tibbi avadanlığın olmaması, yaxud ananın səhhətindəki problemlərdir. Dövlət Statistika Komitəsinin sektor müdiri Zəbihə Əsgərin sözlərinə görə, Səhiyyə nazirliyinin məlumatına görə, hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 2021-ci ildə 20 nəfər təşkil edib. “Buna səbəb ölkədə doğum səviyyəsinin nisbətən aşağı düşməsidir. Belə ki, ana ölümü səviyyəsi hər yüz nəfər diri doğulana nisbətən hesablanır və doğum zamanı baş verən dəyişiklik ana ölümü səviyyəsinə də öz təsirini göstərir”.

  Ginekoloqlar isə ölümə ana və körpədə aşkarlanan müxtəlif xəstəliklərin səbəb olduğunu deyirlər. Bu səbəbdən hamiləlikdən əvvəlki dövrdə yüksək təzyiq, ürək, böyrək və ağciyər xəstəliklərinin olub-olmaması mütləq nəzərə alınmalıdır. Ginekoloq Gülnar Nuriyevanın sözlərinə görə, riskli hamiləliklər, əsasən 40 yaşın üstündə, ekstrakarpalal mayalanma ilə gerçəkləşən hamiləliklərdir. “Bundan başqa ürək damar, psixatrik xəstəliyi olanlar, döl və yaxud uşaq anomaliyası olan qadınlarda doğumdan sonra ana ölümünün olabilmə ehtimalı göz önünə gətiririk. Amma ki, ümumilikdə hansı xəstənin doğum sonrası emboliyasının gəlişəcəyini və yaxud hansı xəstənin qanaxmasının çox olacağını öncədən bilmək təəssüf ki, mümkün deyil”.

Ananın qanında laxtalanma, qanaxma və trombun yaranması kimi problemlər də əsas səbəblərdəndir. Bundan başqa analar doğuşdan sonra infeksiyaya yoluxma riski yüksək olan 9 ay müddətində mütləq həkim nəzarətində olmalıdırlar.

Nigar Məmmədova

Oxşar xəbərlər

Temperatur enəcək, dolu düşəcək

Aynur Camal

Diş fırçası stəkanlarında təhlükəli bakteriyalar haqqında məlumat verildi

Aynur Camal

Aprelin 1-dən müharibə veteranları və şəhid ailələri üçün 9109 “Çağrı Mərkəzi” istifadəyə verilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu