36 C
Baku
20 İyul 2025, 16:39
Baş xəbərSosial

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Bugun.tv xəbər verir ki, bu gün saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Elm və təhsil nazirliyinin məlumatına əsasən, sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər.

Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda TOT – təlimçilər üçün təlim keçirilir.

Bugün TV

Ev sahibi kirayəçisini qarət etdi

Aynur Camal

“Rusiyanın bu layihənin həyata keçirilməsində xüsusi marağı var”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu