30.4 C
Baku
10 Avqust 2026, 18:16
Hadisə

Dolphin qasırğası Çinin şərqini vurdu, 950 reys ləğv edildi

“Dolphin” qasırğasının gətirdiyi güclü yağışlar və külək Çinin şərq sahillərində ciddi fəsadlar yaradıb.

Reuters-in məlumatına görə, Şanxay hava limanında təhlükəsizlik səbəbindən təxminən 950 daxili və beynəlxalq reys ləğv edilib. Yerli hakimiyyət vətəndaşlara evdə qalmağı və sahilyanı ərazilərdən uzaq durmağı tövsiyə edib.

Meteoroloqlar qasırğanın yaxın 24 saat ərzində şərqə doğru hərəkət edəcəyini və daha 3 əyalətdə leysan yağacağı barədə xəbərdarlıq edib. Hazırda dağıntı və tələfatla bağlı dəqiq rəqəm açıqlanmayıb.

Çində avqust ayında qasırğa mövsümü pik həddə çatır. Ötən il oxşar fəlakət zamanı 2 milyondan çox insan evakuasiya edilmişdi.

Mənbə: SkyNews

Aynur Camal

Oxşar xəbərlər

Məktəbdə silahlı hücum: 14 yaşlı yeniyetmə 7 nəfəri öldürdü

Aynur Camal

Dörd nəfəri bıçaqlayan qadın həbs edildi

Aynur Camal

Heyvan yemi üçün əkilmişdi, milyonlarla hektar ərazini işğal etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu