16 C
Baku
21 Noyabr 2024, 15:31
Baş xəbər

Dominikan Respublikasının naziri qətlə yetrildi

Rəsmilər Dominikan Respublikasının ətraf mühit və təbii sərvətlər nazirinin öz kabinetində yaxın dostu tərəfindən güllələndiyini bildirib.

Hadisə 55 yaşlı Orlando Xorxe Meranın iclas keçirdiyi zaman baş verib. Ona altı dəfə atəş açılıb.

Prezidentin sözçüsü hücum edənin nazirin uşaqlıq dostu Migel Kruz olduğunu bildirib. O, hazırda həbsdədir. Atışmanın motivi hələ də aydın deyil. “Ailəmiz bunu edən şəxsi bağışlayır. Orlandonun ən böyük səhvlərindən biri kin saxlamamaq idi” deyə Cənab Xorxe Meranın ailəsi açıqlayıb.

Orlandonun dostu Xorxe Meranı ofisində güllələyərək öldürdükdən sonra polis nazirliyin binasına girməyə çalışır.

Qeyd edək ki, qətlə yetirilən nazir 2020-ci ilin iyulunda hakimiyyətə gələndən bəri hazırkı prezident Luis Abinader administrasiyasında çalışıb. Prezident Abinader tvitter səhifəsində cənab Xorxe Meranın ailəsinə səmimi başsağlığı verib, yaxşı dostunun vəfatından təəssüfləndiyini söyləyib. Hökumətin innovasiyalar üzrə kabinetinin direktoru Bartolomé Pujals onun ölümünü faciə kimi qiymətləndirib və sosial mediada sülh çağırışı edib.

Cənab Xorxe Mera keçmiş prezident Salvador Xorxe-Blankonun oğlu və hakim Müasir İnqilab Partiyasının qurucu üzvü idi.

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstana qaçarkən tutulan 10 FETÖ üzvü həbs edildi

Kəmalə Sultan

Türkiyə, İsveç və Finlandiya memorandum imzaladı: NATO-ya üzvlük yolu iki ölkə üçün açıldı

Bugün TV

Qətər səkkiz Hindistan vətəndaşının edam cəzasını yüngülləşdirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu