Donald Tramp ABŞ-da son illərdə tənəzzülə uğrayan dini dəyərlərin prezidentliyi ilə yenidən güclənəcəyini bəyan edib. Vəzifəyə gəldiyi gündən açıqlamaları ilə diqqət çəkən ABŞ prezidenti Donald Tramp qəlibləri sındırmağa davam edir.
Tramp ənənəvi olaraq keçirilən Milli Namaz Səhər yeməyində iştirak edib və çıxış edib.
ABŞ-da dini dəyərlərin hər zaman çox önəmli olduğunu, lakin son illərdə zəiflədiyini izah edən Tramp, yaxşı niyyətli olduğunu və prezidentliyi dövründə bu mövzuda güclü addımlar atacağını bildirib.
Dini azadlıqlarla bağlı daha fundamental addımlar atmalı olduqlarını ifadə edən Tramp, “Biz dini hər zamankindən daha güclü, daha böyük və daha yaxşı bir şəkildə geri qaytarmaq istəyirik. Din son bir neçə ildə böyük zərər gördü, amma güclü şəkildə geri qayıdır” deyib.
ABŞ-ın dini azadlıq ölkəsi olduğunu qeyd edən Tramp müxtəlif səbəblərdən bəzi xristian qruplarının cəzalarını əfv etdiyini açıqlayıb.
Tramp dini azadlıqlarla bağlı yeni addım ataraq “Prezidentin Dini Etiqad Azadlıqları Komissiyası”nın yaradılacağını açıqlayıb.
75 yaşlı qadının dini ayinlərini yerinə yetirdiyi üçün həbs edildiyini və ən fundamental hüquqlarının qəsb edildiyini açıqlayan Tramp yeni komissiya ilə belə halların qarşısını alacaqlarını bildirib.
Seçkilərdə ABŞ-da xristian və yevangelistlərin əksəriyyətinin səsini alaraq prezident olduğunu qeyd edən Tramp təkcə xristianların deyil, bütün digər dinlərə mənsub şəxslərin də inanc azadlığının olduğunu bildirib.
Keçən iyulda ona qarşı sui-qəsd cəhdinə toxunan Tramp, sağ qalmasının “Allahın işi” və möcüzə olduğunu əsas gətirərək, “İndi mən prezident oldum və həm olimpiadada, həm dünya çempionatında, həm də prezident kimi ölkəmizin qurulmasının 250-ci ildönümündə iştirak edəcəyəm. Allah çox maraqlı üsullarla işləyir” deyə şərh etdi.
Yaxın Şərqə sülh gətirmək istədiyini iddia edən Tramp, “İncildə deyildiyi kimi, sülhü müdafiə edənlər nə bəxtiyardır. Ümid edirəm ki, mənim ən böyük mirasım sülhpərvər və birləşdirici kimi tanınmaq olacaq” deyib.
2020-ci ildə prezident seçilsəydi, Rusiya-Ukrayna müharibəsinin və 7 oktyabr hücumlarının heç vaxt baş verməyəcəyini bir daha iddia edən Tramp, prezident olmadan Qəzzada atəşkəsin təmin edilməsi üçün konkret addımlar atdığını və bunların nəticə verdiyini bildirib.
Tramp Qəzzada bütün əsirlər azad olunmayana qədər dincəlməyəcəyini bildirib.
ABŞ prezidenti Tramp ölkəsində anti-xristian ön mühakimələri ilə mübarizə üçün yeni işçi qrupu yaradacağını və ədliyyə naziri Pam Bondinin onun rəhbəri təyin ediləcəyini açıqlayıb.
“Bu işçi qrupunun missiyası anti-xristian hədəfləmə və ayrı-seçkiliyin bütün formalarını dərhal dayandırmaq olacaq” Tramp deyib.
Mənbə: Anadolu Agentliyi (AA)