17 C
Baku
10 İyun 2025, 9:26
Dünya

Donald Tramp NATO-nun genişlənməsini dayandırmaqla Ukrayna-Rusiya müharibəsinə son qoymağa hazırdır

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kelloq bəyan edib ki, o, Putini NATO-nun şərqə genişlənməyəcəyinə əmin edə bilər. Kelloq Rusiya-Ukrayna müharibəsində atəşkəs danışıqları ilə bağlı açıqlamalar verib.

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, Tramp Rusiya prezidenti Vladimir Putinə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair söz verməyə hazır ola bilər.

Kelloq Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəs danışıqları ilə bağlı ABC News-a açıqlama verib.

Ukraynadan atəşkəslə bağlı 22 maddəlik memorandum aldıqlarını və bu şərtlərin çox yaxşı olduğunu düşündüklərini ifadə edən Kelloq, Putinin bir həftə ərzində Trampa telefon danışığı ilə göndərəcəyini dediyi memorandumu hələ görmədiklərini qeyd edib.

Kelloq bildirib ki, Putinin müharibəni bitirmək üçün şərtlərini açıqladığına dair məlumatlar var və bu şərtlərə Qərb liderlərinin NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair öhdəlikləri daxildir.

Ukraynanın NATO-ya daxil olmasının ABŞ üçün müzakirə mövzusu olmadığını vurğulayan Kelloq, təşkilatda bu fikri bölüşən başqa üzv ölkələrin də olduğunu müdafiə etdi.

Kelloqq bildirib ki, şərqə doğru genişlənməyə Gürcüstan və Moldova, eləcə də Ukrayna daxildir və Tramp Putinə NATO-nun genişlənməyəcəyi barədə öhdəlik götürmək niyyətində ola bilər.

İstanbulda keçiriləcək danışıqlarda NATO məsələsi və Krım, Donetsk, Zaporojya, Xerson və Luqansk bölgələrinin taleyinin müzakirə ediləcəyini bildirən Kelloq, bu danışıqlara Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik edəcəyini bildirib.

Kelloq bildirib ki, əgər Tramp ondan “istifadə edildiyini” və ya “nəticə əldə etməyəcəyini” hiss edərsə, danışıqlardan əl çəkəcək və məsələni Avropaya təhvil verəcək.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

BVF Kameruna 73,8 milyon dollar kredit ayırdı

Teymur Əziz

Alimlər iki həftəlik pis qidalanmanın immunitet sistemini zəiflədə biləcəyini müəyyən ediblər

Aynur Camal

“Kefirdən istifadə gənc qalmağa xidmət edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu