ABŞ prezidenti Donald Tramp prezident Ərdoğana tərif yağdırıb. Ərdoğanın çox ağıllı lider olduğunu deyən Donald Tramp, “Mən onu çox sevirəm, o da məni sevir. 2 min ildə heç kimin edə bilmədiyi şeyi etdi, Suriyaya nəzarəti ələ keçirdi. Ərdoğana haqqını verməliyik” deyib.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra Oval kabinetdə kameralar qarşısına keçib. Jurnalistlərin suallarını cavablandıran Donald Tramp prezident Rəcəb Tayyib Ərdoğana tərif yağdırıb.
İsrailin Türkiyənin Suriyada güclü təsirini istəmədiyi iddialarına cavab verən Donald Tramp bu açıqlamaları verib:
“MƏN ƏRDOĞANI ÇOX SEVİRƏM, O DA MƏNİ SEVİR”
“Ərdoğan adlı gözəl bir insan var. Ondan xoşum gəlir, o da məni bəyənir. Bu, medianı qəzəbləndirir. Keçmişdə bəzi problemlər var idi, amma həll olundu. Bir keşişimiz var idi və onu geri qaytardıq. Baş nazir Netanyahuya “Türkiyə ilə probleminiz varsa, mən həll edə bilərəm” dedim. “Çünki mənim Türkiyə və onun liderləri ilə çox yaxşı münasibətim var”.
“ƏRDOĞAN SURİYADA 2 MİN İLDƏ KİMSƏNİN ETMƏMƏDİYNİ ETDİ”
Türkiyəni Suriya siyasətinə görə təbrik edən Donald Tramp, “2000 ildə heç kimin edə bilmədiyi şeyi etdilər və Suriyaya nəzarəti ələ keçirdilər. Baxın, Ərdoğana haqqını verməliyik. O, həqiqətən çox güclü və ağıllı bir insandır” deyib.
“İSRAİL Türkiyəyə qarşı ağlabatan olmalıdır”
İsraillə Türkiyə arasındakı gərginlikdən danışan Tramp, “Türkiyə ilə bir problem varsa, biz həll edə bilərik, amma İsrail ağlabatan olmalıdır. Problem istəmirəm” deyib.
Mənbə: TgrtHaber