Donald Tramp noyabrın 5-də ABŞ-da keçiriləcək seçki yarışında qərarlıdır. Taylor Swift-in süni intellektin yaratdığı fotonu paylaşan Tramp dünyaca məşhur müğənninin ona dəstək verdiyini iddia edib. ABŞ-da seçki yarışı qızışır. Prezident Co Baydenin yarışdan geri çəkilməsindən sonra Donald Tramp Kamala Harrislə rəqib oldu. Hər şərtdə Harrisə qalib gələ biləcəyini iddia edən Tramp sorğu nəticələri ilə süni intellektə müraciət edib.
Kamala Harrisin son anketlərdə Trampı qabaqlaması Trampın qalmaqal yaratmasına səbəb olub. ABŞ-ın keçmiş prezidenti özünün sosial media platforması olan Truth Social hesabında Taylor Swift və onun pərəstişkarları haqqında paylaşım edib.
Tramp Sviftlə süni intellektin yaratdığı fotonu “Qəbul edirəm” ifadəsi ilə paylaşıb. Fotoda “Teylor Donald Trampa səs vermənizi istəyir” ifadəsi yer alıb.
Keçmiş prezident sosial media hesabında bəziləri süni intellektlə yaradılmış görüntü və fotolar paylaşaraq, Taylor Swift pərəstişkarlarının da ona dəstək verdiyini iddia edib.
Associated Press (AP) NORC İctimai Əlaqələr Mərkəzi ilə yeni seçki sorğusu keçirib. Sorğunun nəticələrinə görə, noyabrın 5-də keçiriləcək seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisə dəstək dərəcələri kəskin şəkildə artıb.
Müvafiq olaraq, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti yüzdə 83 olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür.
Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi seçkilərdə Harris haqqında müsbət düşünür, 41 faizi isə Trampı dəstəkləyir.
Mənbə: TGRT