24 C
Baku
24 İyul 2025, 4:05
Dünya

Donald Tramp saç düzümündə dəyişiklik etdi

Qolf həvəsi ilə tanınan ABŞ-ın yeni seçilmiş prezidenti Donal Tramp Palm-Biçdəki qolf klubunda pərəstişkarlarını yeni saç düzümü ilə salamlayıb. Noyabrın 5-də keçirilən seçkilərdə qalib gələn Respublikaçı namizəd Donald Tramp prezident kürsüsünə keçmək üçün günləri sayır.

Bu müddət ərzində kabinet üzvləri və vəzifəyə gəldikdən sonra görəcəyi işlərlə bağlı açıqlamaları ilə dəfələrlə gündəmdə olan Tramp çox danışılacaq daha bir yeniliyə imza atıb.

Florida ştatının Palm Beach şəhərindəki “Trump International Golf Club”a baş çəkən Tramp tərzi dəyişikliyi ilə hər kəsi təəccübləndirib.

Klassik köynək və parça şalvarı birləşdirən Donald Tramp yeni saç düzümü ilə diqqət çəkib.

Pərəstişkarları tərəfindən çəkilən görüntülərdə Trampın yeni saç düzümünü nümayiş etdirmək üçün papağını çıxarıb əlində tutduğu görülüb.

Ziyarətçiləri qarşılayan və əylənib əyləndiklərini soruşan Tramp sosial mediada trend mövzusu olub.

Saç düzümü dəyişikliyi ilə sosial mediada tənqid hədəfinə çevrilən Tramp haqqında çoxlu şərhlər edilib.

Bəziləri Trampı özünəməxsus yeni saç düzümünə görə tərifləsə də, digərləri onun cəlbediciliyini itirdiyini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Con Tester Baydeni “yarışdan çıxmağa” çağıran ikinci demokrat oldu

Aynur Camal

Baş çavuş RQD-5 əl qumbarasını partladıb-ölənlər var

Aynur Camal

Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə cavab olaraq Cənubi Koreya Ukraynaya daha çox dəstək verə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu