7 C
Baku
22 Dekabr 2025, 7:28
Dünya

Donald Trampın Yaxın Şərq turu: Bir damla neft hədiyyə edildi

Yaxın Şərq turunun son mərhələsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə səfər edən ABŞ prezidenti Donald Tramp BƏƏ prezidenti Nayhanın ona “dünyanın ən bahalı nefti” adlanan bir damcı hədiyyə etməsindən zarafatla şikayətlənib.

Prezidentliyinin ikinci dövründə 10 trilyon dollarlıq investisiya cəlb etməyi hədəflədiklərini ifadə edən ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Tramp Səudiyyə Ərəbistanında 600 milyard dollar, Qətərdə isə 1,2 trilyon dollarlıq iqtisadi əməkdaşlıq öhdəliyi götürüb.

Üçüncü dayanacağı BƏƏ-də prezident Mohammed bin Zayed Al Nahyan ilə görüşən Tramp təkbətək görüşdən sonra verdiyi açıqlamada BƏƏ-nin önümüzdəki on il ərzində ABŞ-a edəcəyi 1,4 trilyon dollarlıq investisiyaya görə təşəkkür edib.

Burada Trampa “planetin ən yüksək keyfiyyəti” olaraq xarakterizə edilən bir damcı neft hədiyyə edilib.

Tramp hədiyyəyə yumorla cavab verərək, “Bu, planetin ən keyfiyyətli neftidir. Və mənə yalnız bir damcı verdilər. Ona görə də çox da xoşbəxt deyiləm. Yağsız olmaqdan yaxşıdır, təsəvvür edirsinizmi? Nə olsun, amma bu həqiqətən heyrətamizdir” ifadələrdən istifadə edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İşğal rejimi bir evi bombaladı: 2 şəhid, 18 yaralı var

Bugün TV

Havayda vulkanik fəaliyyət

Aynur Camal

Müqəddəs torpaqdan üzücü xəbər! Ölənlərin sayı artır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu